|
Nayrobidə silahlı hücum baş verən kompleksdən 50-yə yaxın insan xilas edilib

Keniyanın paytaxtı Nayrobidə hüquq-mühafizə orqanları silahlı hücum baş verən mehmanxana kompleksindən insanların təxliyəsini həyata keçirirlər.

Trend-in məlumatına görə, xilasedicilər 50-yə yaxın insanı kompleksdən təxliyə edə biliblər.

 

Bildirilir ki, kompleksin ərazisində atışma və partlayış səsləri eşidilir.

Qeyd edək ki, Keniyanın paytaxtı Nayrobida "Dusit" kompleksinin yaxınlığında bir neçə partlayış baş verib. Partlayışlardan sonra atışma baş verib. İnsident nəticəsində azı 15 nəfər həlak olub.