|
"Qarabağ" "Uypeşt"lə oyunun vaxtını açıqladı

Antalyada təlim-məşq toplanışında olan “Qarabağ” sabah ilk yoxlama oyununu keçirəcək.

Qol.az-ın klubun rəsmi Feysbuk səhifəsinə istinadən yaydığı xəbərə görə, Macarıstan təmsilçisi “Uypeşt”lə görüş Bakı vaxtı ilə saat 18:00-da başlayacaq.

Xatırladaq ki, “Qarabağ” ilk sınaq matçını yanvarın 12-də “Botoşani”yə qarşı keçirməli olsa da, güclü yağış səbəbindən qarşılaşma təxirə düşüb.