| Xəbər 721 dəfə oxunub
Xətaidə avtomobillərdən oğurluq edən şəxs saxlanılıb

Xətai rayonu ərazisində avtomobillərdən oğurluq edən şəxs polis əməkdaşları tərəfindən saxlanılıb.

DİN Mətbuat Xidmətindən Trend-ə verilən məlumata görə, Xətai RPİ-nin 34-cü Polis Bölməsi və 37-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisində 4 avtomobildən parfümeriya, 3 ədəd noutbuk, geyim əşyaları və sənəd oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini Müşfiq Zeynalov saxlanılıb.

 

Araşdırmalar aparılır.