| Xəbər 639 dəfə oxunub
"Barselona" uduzdu, "Sevilya"dan qələbə

İspaniya kubokunda 1/8 final mərhələsinin ilk oyunları keçirilib.

Qol.az-ın məlumatına görə, "Barselona" səfərdə "Levante" ilə qarşılaşıb. Görüş meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə başa çatıb.

 

"Levante" - "Barselona" - 2:1
Qollar:
Kabako, 4  (1:0), Mayarol, 18 (2:0), Koutinyo, 85-pen (2:1)

"Atletik" (Bilbao) - "Sevilya" - 1:3
Qollar:
Nolito, 6 (0:1), San Xose, 49 (1:1), Andre Silva, 53 (1:2), Ben Yedder, 77 (1:3)

"Betis" - "Real" Sosyedad" - 0:0

Qeyd edək ki, cavab görüşləri yanvarın 17-i keçiriləcək.