| Xəbər 1277 dəfə oxunub
Ötən il Dövlət Miqrasiya Xidmətinə 9 nəfər işə qəbul olunub

2018-ci ildə Dövlət Miqrasiya Xidmətinə yeni əməkdaşlar işə götürülüb.

Trend-in məlumatına görə, bunu Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov deyib.

 

V.Hüseynov bildirib ki, yeni işçilərin götürülməsi ilə bağlı 2 müsabiqə keçirilib: "Onlardan biri kiçik heyətə əməkdaşların qəbul edilməsi, 2-cisi isə orta rütbəli heyətə işçilərin qəbul edilməsi ilə bağlı olub. 1-ci müsabiqə üzrə 9 yeni əməkdaş artıq qəbul edilib, 2-ci müsabiqə üzrə isə test mərhələsi başa çatıb və hazırda müsahibə mərhələsi davam edir. Bu müsabiqədə də 14 yeni əməkdaşın işə qəbulu nəzərdə tutulur".