| Xəbər 609 dəfə oxunub
Yenicə ərə gedən müğənni bal ayına yollandı

İki həftə öncə gizlicə ərə gedən müğənni Mayli Sayrus paparazzilərə tuş gəlib.

 

Axşam.az xarici KİV-ə istinadən xəbər verir ki, 26 yaşlı ifaçının 28 yaşlı əri Liam Hemsvortla bal ayı üçün Mayamiyə yollandığı bəlli olub.

Mayli otellərdən birindən çıxarkən görüntülənib. Onun əynindəki çimərliyi xatırladan rahat paltar diqqət çəkib.