| Xəbər 554 dəfə oxunub
Dünya Bankı aprel ayının ortalarında yeni prezidentini seçəcək

Dünya Bankı aprel ayının ortalarında yeni prezidentini seçmək niyyətindədir.

Trend-in məlumatına görə, bu barədə Dünya Bankının mətbuat xidməti tərəfindən yayılan bəyanatda deyilir.

 

Bəyanatda deyilir: "Namizədliklər fevralın 7-dən martın 14-nə qədər təqdim edilməlidir. Yeni prezident 2019-cu ilin yaz görüşünə qədər seçiləcək".

Qeyd edək ki, Dünya Bankının yanvarın 7-si yaydığı bəyanatında hazırkı prezident Cim Yon Kimin fevralın 1-də istefaya gedəcəyi bildirilirdi.