| Xəbər 1759 dəfə oxunub
ATƏT Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesində yaradılmış imkanlardan istifadə edəcək

ATƏT Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesində yaradılmış imkanlardan istifadə edəcək.

Trend-in məlumatına görə, bunu ATƏT-in hazırkı sədri, Slovakiyanın xarici işlər naziri Miroslav Layçak Vyanada brifinq zamanı deyib.

O deyib: “Biz Dnestryanı, Dağlıq Qarabağ münaqişələrinin nizamlanmaları prosesində yaradılmış imkanlardan istifadə etmək və Erqnetidə (Gürcüstan) İnsidentlərin Qarşısının Alınması və Reaksiya Mexanizminin fəaliyyətini bərpa etmək istiqamətində işimizi davam etdirəcəyik”.