| Xəbər 747 dəfə oxunub
Qubada "Birja" mağazalar şəbəkəsində yanğın - 6 dükan yandı

Qubada mağazalar şəbəkəsində yanğın olub.

Trend-in məlumatına görə, rayonun Heydər Əliyev prospekti, 29-cu məhəllədə yerləşən "Birja" mağazalar şəbəkəsində baş verən yanğın nəticəsində şəbəkəyə daxil olan 5 mağaza yanıb.

Hadisə naqillərdə baş verən qısaqapanmadan yaranıb.

 

Fövqəladə Hallar Nazirliyinin (FHN) yanğınsöndürmə briqadaları hadisə yerinə cəlb edilib. FHN əməkdaşları və sahibkarların köməyi ilə həmin mağazalardan 5-də olan malların bir qismi çıxarılsa da, 1 mağaza tam olaraq yanıb.

Artıq yanğının qarşısı alınıb.