| Xəbər 1232 dəfə oxunub
Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzində açıq dərslər keçiriləcək

Dinləyicilərin, xüsusən regionlarda çalışan mədəniyyət işçilərinin kreativ peşə səriştələrini artırmaq məqsədilə təşkil olunacaq ixtisasartırma kurslarına hazırlıq mərhələsinə artıq start verilib.

Trend-in məlumatına görə, kurslarda tədris aparmaq istəyən iddiaçılar üçün yeni yaradılmış Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzində açıq dərslər keçiriləcək. Mühazirəçilər arasında sağlam rəqabət mühitinin yaradılması, habelə tədrisin effektivliliyini artırmaq məqsədilə ilk mərhələdə açıq dərslər təşkil olunacaq. Sağlam rəqabət fonunda açıq dərsdən uğurla keçmiş iddiaçılar kreativ ixtisasartırma kursunda, habelə canlı yayımla mədəniyyət müəssisələrindən cəlb olunmuş dinləyicilərə dərs keçməsi nəzərədə tutulur.

 

Keçirilən dərslərin praktik yönümlü olması, müasir çağırışlara cavab verməsi, kreativ peşə səriştlərinin mənimsənilməsi və bu bacarıqların kurs keçmiş dinləyicilər tərəfindən çalışdığı mədəniyyət müəssisəsində iş fəaliyyətində tətbiq etməsi qarşıda duran hədəflərdəndir.

Məlumat üçün bildirmək istərdik ki, növbəti mərhələlərdə müxtəlif kateqoriyalı əməkdaşlar üçün keçiriləcək təlimləri Mərkəzin saytında onlayn rejimdə izləmək mümkün olacaq.