| Xəbər 1903 dəfə oxunub
Kopa del Rey: “Real Madrid” “Leqanes”ə dərs keçdi

İspaniya Kuboku uğrunda 1/8 final matçında “Real Madrid” doğma meydanda “Leqanes”i qəbul edib. Trend-in məlumatına görə, ev sahibləri 3:0 hesabı ilə qalib gəlib.

Oyunda hesabı 44-cü dəqiqədə penalti zərbəsini dəqiq yerinə yetirən Ramos açıb. 68-ci dəqiqədə Lukas Vaskes fərqlənib. 77-ci dəqiqədə isə Vinisius üçüncü qolu vurmaqla yükun hesabı müəyyənləşdirib.

 

Mərhələnin ikinci matçı 17 yanvarda keçiriləcək.