| Xəbər 1040 dəfə oxunub
İsveçdə marmeladı da qadağan ediblər, əti də...

İsveç kralı XVI Qustav əhaliyə ət və marmelad məhsullarından daha az istifadə etməyi məsləhət görüb.

O bildirib ki, bu, sağlamlıq və ekologiya baxımdan olduqca vacib addımdır: “Mən ət istehsalı ilə məşğulam, amma özüm qırmızı ət yemirəm. Bu da tibbi və ekoloji səbəblərə görə belədir. Ət yeyilməsi təbii ki, faydalıdır, amma hər gün qanlı bifşteksi mədəyə ötürmənin heç bir faydası yoxdur. Monarxın dediyinə görə, özü 1970-ci illərdən bəri kənd təsərrüfatı ilə məşğuldur, eyni zamanda insan orqanizmi ilə bağlı bütün biliklərə malikdir: ”Ona görə də bir daha deyirəm ki, “hər şeydən az-az yemək” prinsipini unutmaq olmaz".