| Xəbər 3077 dəfə oxunub
Saçlarının uzunluğu 4 metr, çəkisi 2 kilodu

Bu adam 15 yaşından bu yana saçını kəsmir. 85 yaşındaki Tien Gianq Vyetnamda yaşayır.

Cənubi Vyetnamda yaşayan yaşlı adam tam 70 ildir ki, saçlarına qayçı belə vurmayıb. Daim uzanan saçları isə 70 ildə 4 metrə çatıb. Adamın saçlarının çəkisi isə iki kiloya çatıb. T.Gianq onları yumadığı üçün bu saçlar bir kəndiri xatırlatmağa başlayıb. 85 yaşında olmasına rəğmən, son dərəcə sağlam olan Tien eynək olmadan oxuya bilir, hətta sapı iynədən də keçirə bilir. Deyilənə görə, o, gündə iki dəfə meyvə-tərəvəz ağırlıqlı yeməklərə üstünlük verir.