| Xəbər 490 dəfə oxunub
"Real"ın yeni transferi "Barselona" azarkeşi çıxdı

"Real"ın 2 gün öncə "Mançester Siti"dən transfer etdiyi Brahim Dias "Barselona" azarkeşi çıxıb.

Qol.az-ın İspaniya mətbuatına istinadən yaydığı xəbərə görə, təqdimat mərasimində "kral klubu"nun loqosunu öpərək, bu komandaya keçməklə uşaqlıq arzusunun yerinə yetdiyini dilə gətirən 19 yaşlı yarımmüdafiəçinin əslində isə "Barselona"ya azarkeşlik etdiyi məlum olub.

Hələ "Sevilya"nın akademiyasında çıxış edərkən, yerli telekanallardan birinə müsahibə verən ispaniyalı oyunçu ilə verilişin aparıcısı arasında belə bir dialoq olmuşdu:

- Hansı klub daha yaxşıdır - "Real", yoxsa "Barselona"?

- "Barselona".

- Kumirin kimdir?

- Messi.

- Səni hansı futbolçu ilə müqayisə etmək olar?

- Mənim üçün bunun elə bir fərqi yoxdur. Amma belə bir müqayisə olarsa, bunun Messiylə edilməsini istərdim.

Qeyd edək ki, "Real" 15 milyon avroya aldığı Diasla 6 illik müqavilə bağlayıb