| Xəbər 479 dəfə oxunub
"Valensiya" divizion klubuna uduzdu - İspaniya kuboku

İspaniya Kral Kubokunda 1/8 final mərhələsinin oyunlarına start verilib.

Qol.az-ın məlumatına görə, ilk gündə bir görüş keçirilib. Səfərdə ikinci divizion klubu "Sortinq"in qonağı olan "Valensiya" rəqibinə 1:2 hesabı ilə uduzub. Xixon təmsilçisinə qələbə qazandıran qolları 34-cü dəqiqədə Xavi Noblexas və 79-cu dəqiqədə Nik Blekmən vurublar. "Valensiya"nın heyətində isə Daniel Parexo (45-ci dəqiqə) fərqlənib.

 


Qeyd edək ki, komandalar arasında cavab matçı yanvarın 16-da keçiriləcək