| Xəbər 1904 dəfə oxunub
Qarlı havada əlinizi cibinizə qoymayın, çünki...

Qar yollarda buzun yaranmasına səbəb olur. Belə vaxtlarda yolda yerimək, sürüşməmək çətin məsələdir.

 

Axşam.az xarici KİV-ə istinadən buzlu yolda yıxılmamaq üçün nə etmək lazım olduğu haqda məlumat verir:

1. Qar yağanda hündürdaban ayaqqabı geyinməyən. Ayaqqabının sürüşkən olmadığına və rahat olduğuna fikir verin.

2. Çöldə olarkən əlinizi cibinizə qoymayın. Çünki yıxıldıqda əlinizlə müvazinəti tənzimləyə bilərsiniz.

3. Balaca və asta addımlar atın.

4. Buzlu pilləkənləri çıxıb düşərkən ayağınızın pilləkənə qoyduğuna tam əmin olun.

5. Pilləkənlərdən çıxıb düşərkən tutacaqdan istifadə edin.

6. Yumşaq qar altında bərk buzun ola biləcəyini unutmayın, ona görə, qara ayaq basarkən ehtiyatlı olun.

 

7. Bel, boyun, baş üstə yıxılan adamı tərpətmədən xəstəxanaya çatdırın