| Xəbər 1426 dəfə oxunub
Müğənni beşinci dəfə oğul anası oldu

Sofi Ellis Bekstor beşinci dəfə ana olub. 

 
Axşam.az-ın məlumatına görə, Sofi və əri Riçard Consun övladı dünən dünyaya gəlib. Britaniyalı müğənninin beşinci övladı dünyaya gəlib. 

"O, buradadır. Miki Cons dünyaya gəldi. Çox möhtəşəmdir" deyə, Sofi övladının fotosuna yazıb. 

Qeyd edək ki, 39 yaşlı müğənni və gitaraçı əri uşağın cinsiyyətini əvvəlcədən öyrənməyiblər. Onların Mikidən başqa 4 oğul övladı var.