| Xəbər 1431 dəfə oxunub
"Tottenhem" İngiltərə Kubokunun 1/2 finalında "Çelsi"ni məğlub edib

İngiltərənin "Tottenhem" klubunun futbolçuları ölkə Kubokunun 1/2 finalının ilk oyununda "Çelsi"yə qalib gəliblər.

Trend-in məlumatına görə, oyun minimal hesablı üstünlüklə başa çatıb.Matç "Uembli" stadionunda baş tutub. Oyunda yeganə qolu 26-cı dəqiqədə penaltidən Harri Keyn vurub.

 

Komandalar arasında ikinci oyun yanvarın 22-də "Stemford Bric" stadionunda keçiriləcək.

Qeyd edək ki, "Tottenhem" İngiltərə Kubokunu dörd (1971, 1973, 1999, 2008), "Çelsi" isə beş (1965, 1998, 2005, 2007, 2015) dəfə qazanıb.