|
Arıqlamağa kömək edən ən effektiv üsul açıqlanıb

Arıqlamağa kömək edən ən effektiv üsul çəkinin mütəmadi yoxlanılmasıdır.

Milli.Az faktxeber.com-a istinadən bildirir ki, San Fransiskoda  Pittsburq Universitetinin və Kaliforniya Universitetinin  araşdırmaçıları bu qənaətə gəliblər.

1042 amerikalı üzərində araşdırma aparan mütəxəssislər sübut ediblər ki, tez-tez çəkinin yoxlanılması arıqlamağa stimul verir.

 

Dietoloqlar iddia edirlər ki, çəkidə dəyişiklik barədə mütəmadi məlumat almaq insanın qidalanma davranışında əhəmiyyətli rol oynayır.