| Xəbər 1871 dəfə oxunub
Yuxusuzluq kimi çox yatmaq da insan orqanizminə ziyandır

Beynəlxalq elm adamları yuxunun davamiyyətinin sağlamlı əlaqəsini müəyyən ediblər.

Milli.Az faktxeber.com-a istinadən bildirir ki, Pekinin Fuvay xəstəxanasının və Kanadanın Makmaster Universitetinin  mütəxəssisləri bu barədə bildiriblər.

Onlar vurğulayıblar ki, orqanizmə təkcə yuxusuzluq deyil, həm də çox yatmaq mənfi təsir göstərir.

Məlumata görə, sutkada 8 saatdan artıq yatanlar ürək-damar xəstəlikləri risqi ilə üzləşə bilərlər, 2003-cü ildə  başlayan araşdırmada 35-70 yaş arası yüz mindən artıq könüllü  qoşulub.

 

İlk 8 ildə  alimlər nəzərdə tutulmuş vaxtdan artıq yatan 4,3 min insanda ürək -damar  zəstəliklərinin inkişafını  və ölüm halları qeydə alıblar.

Analiz zamanı mütəxəssislər cins, yaş, irsi xəstəliklər, tütün və içki aludəçiliyi, diabet və qan təzyini proğblemlərini nəzərə alıblar.

Nəticədə aydın olub ki, gün ərzində 6-8 saat yatanlar, sadalanan faktorlara baxmayaraq digərlərindən daha az  ürək-damar xəstəliklərinə tutulurlar.