|
YANVARIN 6-da bu ilin ilk Günəş tutulması olacaq

2019-cu ilin ilk Günəş tutulması qismən olacaq və yanvarın 6-na təsadüf edəcək.

Azərbaycan Milli Elmlər Akademiyasından Trend-ə verilən məlumata görə, bu təbiət hadisəsi (qismən tutulma) Bakı vaxtı ilə saat 03:34-də başlayacaq və 07:49-da başa çatacaq.

 

Günəş tutulması Şimal-Şərqi Asiya, Sakit okeanının şimal hissəsi - Vladivostok, İrkutsk, Maqadan, Ulan-Bator, Pekin və digər ərazilərdən aydın görünəcək.