| Xəbər 1542 dəfə oxunub
Araşdırmaçılar boşanmanın əsas səbəbini açıqlayıblar

Miçiqan  Universitetinin  araşdırmaçılrı boşanmanın əsas səbəblərini müəyyənləşdirib.

Milli.Az faktxeber.com-a istinadən bildirir ki, alimlərin fikrincə, boşanmaların əksəriyyəti cütlüklər arasında gərginlik səviyyəsinin uyğunsuzluğudur. Kişilər heç bir problem görmədikləri halda, qadınlar adətən çox tez birgə həyatdan narazı olurlar.

16 il ərzində araşdırmaçılar 355 ailəni analiz edib və mütəmadi cütlüklərdən müsahibə alıb. Sualların əksəriyyəti evli insanlar arasında gərginlik və qarşılıqlı incinmə halları ilə bağlı olub. Məlum olub ki, qadınlar kişilərə nisbətən daha çox əlaqələrdəki gərginlikdən şikayətləniblər, halbuki, həmin vaxt kişilər ümumiyyətlə bu barədə bir kəlmə də deməyiblər. Bu hal ailələrdə tezliklə boşanma olacağını göstəricisi sayılıb.

Alimlər bu nəticəyə gəliblər ki, qadınlar birgə həyatda baş verən gərginliyi illər keçdikcə daha ağır qəbul edirlər, bu səbəbdən kişilərə nisbətən daha çox boşanma ərizəsi verirlər. Bundan başqa  kişilərin öz davranışlarını dəyişməmə istəyi və ailənin qorunmasına yetərincə çalışmaması da buna təsir göstərir.

 

O da vurğulanır ki, əlaqələrin əvvəlində  qadınlar kişilərdən daha çox həyəcan keçirirlər, lakin vaxt keçdikcə alimlər  kişilərdə narazılıq səviyyəsinin artmasını qeydə alıblar.

"Ehtimal ki, qadınlar evlilikdə daha real gözləntiləri olur, kişilər isə evliliyin ilk illərində ideallaşdırmağa meyillidirlər", - deyə araşdırma rəhbəri Kira Berditt vurğulayıb.