|
Bakıda yıxılan ağırçəkili qadın xilas edildi

Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhərinin Xətai rayonunda mənzildə yıxılan ağırçəkili qadına müvafiq köməkliyin göstərilməsi üçün müraciət daxil olub.

 

FHN-dən Trend-ə verilən məlumata görə, Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasetmə qrupu göstərilən ünvana gələrək vətəndaşa müvafiq köməklik göstərib. Əməliyyat başa çatıb.