| Xəbər 3476 dəfə oxunub
Qışda dərinizə belə qulluq edin

Soyuq havaların düşməsi dəriyə bir qədər də qulluq tələb edir.

Milli.Az axşam.az-a istinadən soyuq havada dərinizi təmizləyəcək maska təqdim edir:

3 xörək qaşığı mannı yarması, 1 xörək qaşığı avokado yağı və 4 damcı efir yağını birlikdə yaxşıca qarışdırın. Əgər kütlə qatı alınarsa, bir az ilıq süd əlavə edin. Üzünüzə çəkib, 20 dəqiqə saxlayın. Sonra isti su ilə yuyub, üz kremi çəkin. Bu maska dərini üzdəki makiyajın qalıqlarından, hava çirklənməsindən təmizləyəcək.

1 xörək qaşığı bala 2 ədəd əzilmiş badam qatın. Daha sonra 1 çay qaşığı limon şirəsi tökün, qarışdırıb üzünüzə çəkin. 15 dəqiqə saxladıqdan sonra ilıq su ilə yuyun.

1 kasa qatığa 1 çay qaşığı razyana toxumu və bitkisinin əzilmiş yarpaqlarını töküb qarışdırın. Üzə çəkib 20 dəqiqə saxladıqdan sonra yuyun. Hər gün bu maskadan istifadə etsəniz, dəriniz cavanlaşacaq.