|
Britaniyada Meyə etimadsızlıq göstərilməsinə dair səsvermə təklifi rədd edilib

Britaniya parlamenti Leyboristlər Partiyasının lideri Ceremi Korbinin ölkənin baş naziri Tereza Meyə etimadsızlıq göstərilməsi üzrə səsvermə keçirilməsi təklifini rədd edib.

“Report” xəbər verir ki, bu barədə öz mənbələrinə istinadən "Sky News" məlumat yayıb.

"Biz bu avatüraya vaxt sərf etmək niyyətində deyilik", - deyə Böyük Britaniya hökumətindəki mənbə bildirib.