|
"Milan"ın prezidenti Paolo Skaroninin 10 min dolları oğurlanıb

İtaliyanın "Milan" klubunun prezidenti Paolo Skaroninin 10 min dolları oğurlanıb.

"Report"un "Football Italia"ya istinadən məlumatına görə, bəd niyyətli şəxs içərisində pulun olduğu diplomatı Skaroninin avtomobilindən götürüb. Klub rəsmisi oğruya çatmağa çalışsa da, ona həmin şəxsin şəriki olduğu güman edilən bir qadın mane olub. Bir müddət sonra diplomat pulsuz, amma sənədlər və şəxsi əşyalarla tapılıb.

Polis araşdırmalara başlayıb.

Qeyd edək ki, daha əvvəl UEFA "Milan"a maliyyə feyr-pleyini pozması səbəbindən sanksiya qoyub və 12 min avro cərimə kəsib. Bundan başqa, "qırmızı-qaralar"ın qarşıdakı 2 avrokubok mövsümü üçün 21-dən artıq futbolçu sifariş etməsinə qadağa qoyulub. "Milan" 2021-ci ilədək maliyyə feyr-pleyini yenidən pozsa, qitəmiqyaslı yarışlardan 2 il müddətinə kənarlaşdırılacaq.