|
Ad günündə saçı və kirpikləri yandı

İranın paytaxtı Tehranda bir ad günü məclisi az qala faciə ilə nəticələnirdi. 20-ci ad gününü qeyd edən qadına dostları qar köpüyü püskürdən alətlə qutlama etmək istəyərkən kiçik miqyaslı bir yanğın yaranıb.

Stolun üstündəki şamlar qadının saçlarında köpüyü yandırdığı və şarın içindəki qaz da bir anda od tutduğu üçün ortalıq bir anda müharibə meydanına döndü.

Başı atəş topuna dönən qadına dostları dərhal müdaxilə edərək, yanğını söndürdülər. Hadisədən sonra İnstaqrama yüklənən video izlənmə rekordlarına imza atıb. Amma tortu servis edən işçi ciddi formada yaralanıb, ad gününü qeyd edən qadının isə saçları və kirpikləri yanıb.