|
Adrianadan ayrıldığı deyilən Metin açıqlama verdi

Xəbər verdiyimiz kimi, model Adriana Lima və türk sevgilisi Metin Haranın ayrılması haqda iddialar yayılıb. 

Axşam.az xarici KİV-ə istinadən xəbər verir ki, ikilinin ayrılması haqda olan iddialara səbəb Adriananın sevgilisini sosial mediada izləmədən çıxarması olub. Lakin Metin bu barədə açıqlama verib. O, bu sözləri deyib:

“Ayrılmamışıq. Dekabrın 18-də onunla görüşmək üçün Mayamiyə gedəcəm”.

Qeyd edək ki, cütlük 1,5 ildir eşq yaşayır.