|
Sarı dişlərdən və diş daşlarından necə qurtulmaq olar? - Ucuz üsul

Ağappaq gülümsəmə və möhkəm dişlər hər bir insanın arzusudur. Amma balanslaşdırılmamış qida, zərərli vərdişlər, dərman qəbulu, irsi meyillilik, təəssüflər olsun ki, dişlərdə problem şəklində meydana çıxır. 

Ən çox rast gəlinən problem diş daşı və diş emalının saralmasıdır. Onu da qeyd edək ki, dişlərdə diş daşı yaranan kimi diş minasının rəngi tez bir zamanda saralmağa başlayır. Bu əlamət isə boğaz infeksiyasına, qinqivitə səbəb ola biləcək bakteriyaların artmasından xəbər verir. 

Milli.Az medicina.az-a istinadən ev şəraitində diş daşından yaxa qurtarmaq üçün sadə və qənaətli üsul təqdim edir: 

Lazım olan maddələr: 

 

•duz - 0,5 ç/q;
•soda - 1 ç/q;
•hidrogen peroksid;
•su;
•ağız yaxalayıcısı.

Hazırlanması: 

•Soda və duzu qarışdırın. Diş fırçasını isladın, daha sonra alınan qarışığa batırın və 5 dəqiqə ərzində dişlərinizi sürtün. 
•Eyni miqdarda hidrogen peroksid və suyu qarışdıraraq alınan məhlul ilə ağzınızı bir neçə dəqiqə qarqara edin. Daha sonra ağzınızı ilıq su ilə yaxalayın. 
•Sonra isə dişlərinizi diş sapının köməyi ilə təmizləyin. Təmzilədikdən sonra ağzınızı yaxalayıcı ilə yaxalayın. 
•Yenə də ilıq su ilə yaxalayın. 
•Proseduru 3 gündən bir gündə 1 dəfə olmaqla təkrar edin. Artıq 2 həftədən sonra dişləriniz ağarmağa və diş daşlarınız isə azalmağa başlayacaq.