| Xəbər 4763 dəfə oxunub
Ayaqların yorğunluğunu götürmək üçün 6 məsləhət

Qan dövranı problemlərini vaxtında aradan qaldırmaq lazımdır. Çünki dövranının pozulması bir sıra orqanların fəaliyyətinin pozulmasına gətirib çıxarır. Əziyyət çəkən orqanlar sırasında ayaqlar da yer alır. 

Milli.Az medicina.az-a istinadən bütün orqanizmin qan dövranın bərpa etmək üçün tətbiq edilə biləcək qaydaları açıqlayır: 

Ayaqların qan dövranının pozulması yalnız diskomfort deyil həm də bir sıra sağlamlıq problemləri də yaradır. Bu problemlərdən ən çox yayılan və daha böyük fəsadlara səbəb olan varikozdur. Onun pozulmasının gələcəkdə varikoza qədər gedib çıxmaması üçün məsələni tez bir zamanda həll etmək lazımdır.

Bir sıra kiçik hərəkətlər vasitəsilə qan dövranın bərpa etmək mümkündür. Ağır və şişmiş ayaqlar əsasən də bütün gün ayaq üstə dayanan insanlara narahatlıq yaşadır. Şişmə, sıxılma, yorğunluq və ağırlıq hissi aşağı ətraflarda qan dövranının pozulmasının ən başlıca əlamətlərindəndir. 

Bir neçə sadə üsullarla bu problemi aradan qaldırmaq mümkündür: 

1. Rasionunuza bir miqdarda çiy tərəvəz daxil edin

2. Soyuq sudan istifadə edin

 

Ayaqlarda olan yoğunluq və ağırlıq hissini soyuq suyun köməyilə aradan qaldırın. Axşam evə gəldikdə ayaqlarınıza ilıq vanna edin.  

3. Fiziki aktiv olun 

Mütəmadi olaraq idmanla məşğul olun. Bu əzələ və qan damarlarını tonusda saxlayaraq qan dövranını yaxşılaşdırır. 

4. Ayaqlarınızı qaldırın

Axşam divanda oturarkən çalışın ki, ayaqlarınızı stula qoyasız. Bu qan dövranını yaxşılaşdıracaq və ayaqlardakı gərginliyi aradan qaldırmağa kömək edəcək. 

6. Ayaqlarınızı sıxan geyimlərdən istifadə etməyin. Bunlara dar şalvarlar, dar corab və ayaqqabı aid edilə bilər.