|
Məşhur cütlüyün ikinci övladı doğuldu

“Güldür güldür” proqramının sevilən cütlüyü Alper Kul və Aylin Kontentenin ikinci övladı dünyaya gəlib.

Axşam.az xarici KİV-ə istinadən xəbər verir ki, onların yenə oğlu doğulub. Bu barədə aktyor İnstaqram hesabında yazıb:

“Oğlumuzu qucağımıza aldıq. Aylinin səhhəti və kefi yaxşıdır. Yəni yaxşıyıq. Çox şükür”.

Qeyd edək ki, Alper və Aylin 2012-ci ildə ailə qurub.