|
Əbu-Dabi polisi ictimai asayişi dəvələrlə qoruyacaq

Əbu-Dabi Əmirliyinin polisi ictimai asayişi qorumaq üçün xüsusi patrulların yaradıldığını bildirib.

"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə yerli "Gulf News" nəşri məlumat yayıb.

Məlumata görə, yeni polis patrulları dəvələrlə təchiz ediliblər. Əbu-Dabi polisinin baş komandanı Məhəmməd əl-Rumeysi bildirib ki, bu addım təhlükəsizliyin təmin olunması ilə yanaşı, əmirlik ənənəsinin qorunmasına yönəldilib.

Qeyd edilir ki, dəvələrin üstündə xidmət keçirəcək patrul əməkdaşlarına təkcə səhralıq ərazilərdə deyil, şəhərlərdə də rast gəlmək mümkün olacaq.