|
Kolumbiyada dəhşətli qəzada 13 idmançı öldü

Kolumbiyada həvəskarlardan ibarət basketbol komandasının avtobusu qəzaya uğrayıb.

Oxu.Az xəbər verir ki, nəticədə 13 nəfər ölüb, 20 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Bildirilir ki, hadisə ölkənin qərbində - Yotoko şəhəri yaxınlığında baş verib. Avtobusun aşmasına səbəblərdən biri kimi əyləc sistemindəki nasazlıq göstərilir.