|
Kürdəmirdə 3 otaqlı ev yanıb

Kürdəmirdə 3 otaqlı ev yanıb.

FHN-dən Trend-ə verilən məlumata görə, rayonun Atakişili kəndində ümumi sahəsi 100 m² olan birmərtəbəli 3 otaqlı evin mətbəxinin lambirdən ibarət tavanı 8 m² sahədə yanıb.

 

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb