|
Qocalıq əleyhinə 5 QİDA

Xəstəliklər bədənin qüvvəsini alır və yaşlanmağa səbəb olur. Buna görə hər şeydən əvvəl düzgün və balanslı qidalanma rejiminə əməl etmək lazımdır. Milli.Az gencaile.az-a istinadən bildirir ki, məsələn, bu qidalar vaxtından əvvəl qocalmağa qoymur, həm də gəncliyin ömrünü uzadır.
Meşə giləmeyvələri - Meşə giləmeyvələri qocalmağa qoymur. Buraya: böyürtkən, moruq, qara üzüm, qaragilə kimi antioksidant tərkibli meyvələr daxildir. Bu meyvələr dərininin təravətini itirməyə qoymur.
Nar - Qırışların meydana gəlməsinə mane olur. Tərkibindəki C vitamini dərini daha sağlam edir.
Sarımsaq -  bir çox xəstəliklərdən qoruyan güclü antioksidantdır. Həmçinin bəzi dərmanlardan daha təsirlidir, xolesterolu aşağı salır.
Şokolad - Kakaonun tərkibindəki flavonoilər dərini günəşin zərərli təsirlərindən qoruyub qan dövranını sürətləndirir.
Avokado - Avokada meyvəsi E vitamini ilə zəngindir. Bu meyvə şişləri önləyir, dəri üçün sağlam komponentlər saxlayır. Başqa sözlə, dəri gözəlliyinin qeydinə qalır.