| Xəbər 1124 dəfə oxunub
Sabirabadda 8 aylıq qız beşikdən yıxılıb öldü

Sabirabadda azyaşlı beşikdən yıxılaraq ölüb.

Trend-in məlumatına görə, hadisə rayonun Poladtuğay kəndində baş verib.

Kənd sakini Şahin Məmmədovun qızı, 2018-ci il təvəllüdlü Məmmədova Sədəf Şahin qızı yaşadığı evdə beşikdən yıxılıb.

 

Uşaq hadisə yerində dünyasını dəyişib.

Faktla bağlı Sabirabad rayon Prokurorluğunda araşdırma aparılır.