| Xəbər 1132 dəfə oxunub
Bu ilin noyabrında 1,965 milyard kilovat-saat elektrik enerjisi istehsal edilib

2018-ci ilin noyabr ayında “Azərenerji” Açıq Səhmdar Cəmiyyəti (ASC) tərəfindən istehsal edilən elektrik enerjisinin həcmi 1,965 milyard kilovat-saat təşkil edib.

ASC-dən Trend-ə verilən məlumata görə, 2017-cı ilin noyabr ayında bu rəqəm 1,730 milyard kilovat-saat olub.

 

Ölkə enerjisisteminin əlaqəsi olan dövlətlər ilə elektrik enerjisi mübadiləsi carı ilin müvafiq dövrü ərzində qarşılıqlı şəkildə həyata keçirilib.

Qeyd edək ki, hazırda energetika sektorunun əsas subyektlərindən olan “Azərenerji” ASC qarşısında müəyyən edilən yeni prioritetlər və hədəflər əsasında “Ölkə enerjisistemində yaranmış kritik vəziyyətin aradan qaldırılması məqsədilə işlənib hazırlanmış reabilitasiya üzrə Tədbirlər Planı” çərçivəsində aparılan fundamental yenidənqurma tədbirləri və genişmiqyaslı müasirləşdirmə prosesi sürətlə davam etdirilir.