| Xəbər 1363 dəfə oxunub
Ötən il İtaliyada əməkçi miqrantların sayı 3,2 faiz artıb

İtaliyada Avropa İttifaqı (Aİ) ölkələrindən olmayan əməkçi miqrantların sayı 2,2 milyon nəfəri ötüb.

AZƏRTAC xəbər verir ki, bu barədə İtaliyanın Milli Sosial Sığorta İnstitutu (INPS) məlumat yayıb.

Məlumatda qeyd olunur ki, 2017-ci ildə əməkçi miqrantların sayı 2 milyon 259 min 652 nəfər təşkil edib ki, bu, 2016-cı ilin göstəricisindən (2 milyon 189 min 702) 3,2 faiz çoxdur.

İtaliyaya ən çox əməkçi miqrant Albaniyadan gəlib.