| Xəbər 1575 dəfə oxunub
Yumurtanın faydaları ilə bağlı MARAQLI FAKTLAR

Cəmiyyətdə belə bir yanlış fikir formalaşıb ki, yumurta yemək sağlamlığa zərərlidir. 

"Newsner" xəbər agentliyinin geniş araşdırmasından sonra bəlli olub ki, yumurta nəinki sağlamlığa zərəli deyil, həm də bir sıra faydaları var.

Milli.Az Publika-ya istinadən xəbər verir ki, yumurta zülallar, A, D, E vitaminləri ilə zəngindir. Həmçinin sink, dəmir, yod kimi faydalı elementlərdən ibarətdir.

Yumurta yaddaşı və görmə qabiliyyətini gücləndirir.

Dəriyə və saça parlaqlıq verir.

Ürək xəstəliklərinin qarşısını alır.

Ən maraqlı faktlardan biri də odur ki, hamilə qalmaq şansını artırır. Çünki kişi spermasının tərkibindəki E vitamini yumurtanın tərkibində də var. Odur ki, kişilər də qida rasionlarına yumurtanı əlavə etməlidirlər.