|
Gürcüstanda prezident seçkilərində seçici fəallığı 56,23 faiz təşkil edib

Gürcüstanda prezidenti seçkilərinin ikinci turunda seçici fəallığı saat 20:00 üçün 56,23 faiz təşkil edib.

Trend-in məlumatına görə, bu barədə Mərkəzi Seçki Komissiyasının (MSK) mətbuat katibi Anna Mikeladze brifinq zamanı bildirib.

 

A.Mikeladze deyib: "Saat 20:00 üçün olan məlumatlara əsasən, xaricdəki seçicilərin fəalliğı nəzərə alınmadan ölkədə seçici fəallığı 56,23 faiz ( 1 975 845 seçici) təşkil edib".

Xatırladaq ki, seçkilərdə müstəqil namizəd kimi iştirak edən S.Zurabişvili hakim Gürcü Arzusu Partiyası tərəfindən, onun rəqibi, Qriqol Vaşadze isə Vahid Milli Hərəkat Partiyası tərəfindən dəstəklənir.