|
Tərtər və Ağdaş sakinlərindən qanunsuz ov tüfəngləri götürülüb

Tərtər və Ağdaş sakinlərindən müvafiq sənədləri olmayan ov tüfəngləri götürülüb.

DİN-dən Trend-ə verilən məlumata görə, Tərtər RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində İsmayılbəyli kənd sakini Şükür Cəfərovdan müvafiq sənədləri olmayan “İJ-16” markalı ov tüfəngi, Ağdaş RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Ərəbocağı kənd sakini Şahmar Mirzəyevdən müvafiq sənədləri olmayan “TOZ-16” markalı ov tüfəngi götürülüb.