|
Çempionlar Liqasının qrup mərhələsində VI tura start veriləcək

Bu gün UEFA Çempionlar Liqasının qrup mərhələsində V turun oyunlarına start veriləcək.

"Report" xəbər verir ki, ilk oyun günündə 8 qarşılaşma keçiriləcək.

Günün əsas oyunu İtaliyada baş tutacaq. Turnirin son qalibi İspaniyanın "Real Madrid" klubu "Roma" ilə üz-üzə gələcək. Bu görüşdə qalib gələn komanda növbəti mərhələni təmin edəcək.

Qrupun digər matçında isə Rusiya MOİK-i Çexiyanın "Viktoriya" (Plzen) klubunu qəbul edəcək. Qonaqlar 1/8 final şanslarını itirsə də, Avropa Liqasına vəsiqəni itirməmək üçün qələbə qazanmağa çalışacaq. Moskva təmsilçisi isə növbəti mərhələyə yüksəlmək şansını sonuncu-VI tura saxlamaq niyyətindədir.

İtaliyanın turnirdəki digər təmsilçisi "Yuventus" isə evdə İspaniya "Valensiya"sı ilə münasibətlərə aydınlıq gətirəcək. Turin klubu qələbə qazanacağı təqdirdə növbəti mərhələyə yüksələcək.

Qrupun digər görüşündə isə İngiltərənin "Mançester Yunayted" klubu doğma azarkeşlər önündə İsveçrə "Yanq Boyz" unun müqavimətini qırmağa çalışacaq.

27 noyabr

Çempionlar Liqası, V tur

E qrupu

21:55. AEK (Afina, Yunanıstan) - "Ayaks"(Hollandiya)

00:00. "Bavariya" (Almaniya) - "Benfika" (Portuqaliya)

Xal durumu: "Bavariya" - 10, "Ayaks" - 8, "Benfika" - 4, AEK - 0.

F qrupu

00:00. "Lion" (Fransa) - "Mançester Siti" (İngiltərə)

00:00. "Hoffenhaym" (Almaniya) - "Şaxtyor" (Donetsk, Ukrayna)

Xal durumu: "Mançester Siti" - 9, "Lion" - 6, "Hoffenhaym" - 3, "Şaxtyor" - 2.

G qrupu

21:55. MOİK (Moskva, Rusiya) - "Viktoriya" (Plzen, Çexiya)

00:00. "Roma" (İtaliya) - "Real Madrid" (İspaniya)

Xal durumu: "Roma" - 9, "Real Madrid" - 9, MOİK - 4, "Viktoriya" - 1.

H qrupu

00:00. "Yuventus" (İtaliya) - "Valensiya" (İspaniya)

00:00. "Mançester Yunayted" (İngiltərə) - "Yanq Boyz" (İsveçrə)

Xal durumu: "Yuventus" - 9, "Mançester Yunayted" - 7, "Valensiya" - 5, "Yanq Boyz" - 1.