|
Stomatoloqluğu atdı, heyvan sığınacağı açdı

Yunanıstan sakini Teoklitos Proestakis stomatoloq kimi gəlirli işini ataraq bütün pulunu heyvanlar üçün sığınacağa xərcləyib. O, bu qərarı doğma şəhəri İerapetrdə yiyəsiz itləri görəndən sonra verib. Həkim bir gün işdən sonra xarabalıqların yanından keçəndə yiyəsiz itləri görüb. O, orada itləri yedirdib və bunu hər gün etməyə başlayıb. 

Tezliklə şəhər sakinləri buna görə şikayətlənməyə başlayıblar. Çünki onlar itlərin buradan uzaqlaşdırılması üçün müvafiq orqanlara müraciəti planlaşdırırdılar. İtlər onları yatmağa qoymadıqları üçün belə addım atmaq istəyirdilər. O, öz evini və furqonunu satdı, stomatologiyadan qazandığı bütün pullarını yığdı, ardınca isə sığınacaq qurdu. O, hətta bir müddət yetərli qədər pul toplamaq üçün gecə klubunda da çalışdı. 

Həkim öncə sığınacaq üçün yer aldı, ardınca isə evsiz heyvanları yığdı. Bir ay ərzində Proestakis heyvanların yeməklərinə 1.3 min avro, müalicələrinə isə 700 avro xərcləyib. O, etiraf edib ki, veterinarlar heyvanları pulsuz müalicədən imtina ediblər. 

Onun pulu qurtaranda isə nə edəcəyini bilməyib və sığınacağı satmaq istəyib. Amma bu barədə yerli media orqanlarından birində yazı çıxandan sonra yunanlar pul yığmağa başlayıblar və tez bir zamanda külli miqdarda vəsait yığılıb. Hazırda sığınacaqda 500-ə yaxın heyvan var. Həkim sutka ərzində 20 saat boyunca çalışır. Səhər saat 6-da yuxudan oyanır, bütün heyvanları yedirdir, sonra isə gecəyə qədər çalışır.