|
Yüksək stressli insanların beyinləri kiçik və yaddaşları zəif olur

Stressin bədəninizə qəribə təsirləri ola bilər. Stress baş ağrıları, yorğunluq və həzm problemi yarada bilər. Yeni araşdırmaya görə, stress beyniniz üçün də pisdir.

Milli.Az moneta.az-a istinadən bildirir ki, "Neurology" jurnalında dərc edilən yeni araşdırmaya əsasən, qanda yüksək miqdarda kortizol olmağı - stress hormonudur - yaddaşı zədələyir və beynin kiçilməsinə səbəb olur.

Harvard Tibb Məktəbindən tədqiqatçılar ortalama yaşları 49 olan 2000 insanın yaddaş və düşünmə bacarıqlarını test edirlər. Onlar həmçinin, qan nümunələrini götürür və beynin ölçüsünü MRT ilə ölçürlər.

 

Normal kortizol bir dessilitrdə 10.8-15.8 mikroqramdır və tədqiqatçılar iştirakçıları üç qrupa bölürlər: aşağı, orta və yüksək səviyyə.

Nəticələr göstərdi ki, kortizol səviyyəsi yüksək olan insanlar yaddaş və düşünmə bacarığı testlərində normal kortizol səviyyəsi olan insanlarla müqayisədə daha az bal yığıblar. Həmçinin, kortizol səviyyəsi yüksək olan insanların beyin ölçüləri daha kiçikdir.