|
Dünyanın ən hündür uşağı -
Çinin Şandun əyalətində yaşayan Çjan Ziyu adlı qız görənləri heyrətə gətirir.

 
Axşam.az xarici KİV-ə istinadən xəbər verir ki, buna səbəb onun boyudur. Belə ki, 11 yaşlı Çjanın boyu 2.10 santimetrdir.

6-cı sinif şagirdi yaşınlarından xeyli hümdür olması ilə fərqlənir. Məlumata görə, onun boyunun bu qədər uzun olması irsidir.

Qeyd edək ki, hazırda dünyanın ən hündür qızı Sofi Hollins hesab edilir. Onun 12 yaşı var. İngiltərəli qızın boyu 1.88 santimetrdir. 

Ziyu Sofidən 22 santimetr hündür və dünyanın ən uzun uşağı adını ala bilər. Lakin "Ginnesin Rekordlar Kitabı"nın rəsmiləri Çjanın boyunu hələ ölçməyiblər. Qızın ailəsinin də onlara müraciət edəcəyi məlum deyil.