|
Aktyorun döydüyü direktorun atası danışdı:

“Əvvəlki günlərə baxanda Tural müəllimin vəziyyəti yaxşıdır. Ona görə də güman edirik ki, gələn həftənin ikinci günündən işə çıxa bilər”.

CİA.az Modern.az-a istinadən xəbər verir ki, bunu 175 nömrəli məktəbin aktyor Rza Rzayev tərəfindən döyülən direktoru Tural Mirzəliyevin atası Elmi Mirzəliyev deyib.

Direktorun atası bildirib ki, oğlunun vəziyyəti düzəlsə də, başgicəllənmə halları var.
“Başgicəllənmə və ürəkbulanması tam olaraq dayanmayıb. Kəllə-beyin travması aldığından otaq şəraitində ayaq üstə bir az gəzəndə başı fırlanır. Amma həkimlər də vəziyyətinin yaxşılığa doğru olduğunu söyləyir”.

Xatırladaq ki, aktyor Rza Rzayev noyabrın 20-də Nizami Rayon Məhkəməsinin qarşısında aylardır qalmaqal yaşadığı Bakı şəhəri 175 nömrəli məktəbin direktoru Tural Mirzəliyevi döyərək, ona bədən xəsarətləri yetirib. Məktəb direktoru Sabunçu rayon 3 saylı xəstəxanaya yerləşdirilib.