|
Baş prokurorun Tərtərdə vətəndaşlarla görüşünün vaxtı dəyişdirilib

Azərbaycan Respublikasının Baş prokuroru Zakir Qaralovun Tərtər, İmişli, Ağcabədi, Ağdam, Beyləqan, Füzuli, Laçın və Xocavənd rayon sakinləri ilə noyabrın 23-də nəzərdə tutulmuş qəbulunun vaxtı dəyişdirilib.

Trend-in məlumatına görə, qəbul noyabrın 29-da saat 10:00-da Tərtər rayon prokurorluğunun inzibati binasında keçiriləcəkdir.