|
Ötən gün yol qəzalarında 3 piyada ölüb

Ötən gün yol qəzalarında 3 piyada ölüb.

DİN-dən Trend-ə verilən məlumata görə, noyabrın 20-də saat 17 radələrində Şəki rayonunun Vərəzət kəndi ərazisində rayon sakini Asiman Sədirov idarə etdiyi “VAZ-21061” markalı avtomobillə yolu keçən kənd sakini, azyaşlı Mehrab Qasımovu vurub. Xəstəxanaya yerləşdirilmiş uşaq orada ölüb.

Noyabrın 20-də saat 19 radələrində Tovuz rayonunun Aşağı Quşçu kəndi ərazisində kənd sakini Fazil Rzayev idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən həmkəndlisi Rəhilə Namazovanı vurub. Xəstəxanaya yerləşdirilmiş piyada orada ölüb.

 

Noyabrın 20-də saat 20 radələrində Sumqayıt ərazisində şəhər sakini Ceyhun Baxışov idarə etdiyi “Lexus” markalı avtomobillə yolu keçən Yavər Əhmədovu vurub və nəticədə piyada hadisə yerində ölüb.

Hər 3 faktla bağlı araşdırma aparılır.