|
Bitkoin çökdü - 5 min dollardan aşağı satılır

Dünyanın ən populyar kriptovalyutası olan bitkoin 5 min dollar həddindən aşağı düşüb.

Trend-in məlumatına görə, bu göstərici 2017-ci ilin oktyabrından bəri ilk dəfə qeydə alınıb.

Ötən gün bitkoinin qiyməti sutka ərzində 10 faiz azalaraq 4,500 dollara bərabər olub.

 

Daha sonrakı saatlarda bitkoin ucuzlaşmaqda davam edərək 4,354 dollaradək enib .

Xatırladaq ki, ötən ilin dekabrında bitkoinin qiyməti 20 min dollaradək yüksəlmişdi.