|
"Arsenal" 22 yaşlı yarımmüdafiəçi alır

"Qarabağ"ın Avropa Liqasının qrup mərhələsindəki rəqibi "Arsenal" yarımmüdafiəçisi ala bilər.

Qol.az-ın Britaniya mətbuatına istinadən yaydığı xəbərə görə, London klubu "Vilyarreal"ın oyunçusu Pablo Fornalsı transfer etmək istəyir. "Arsenal"ın  22 yaşlı yarımmüdafiəçi üçün 20 milyon avro ödəməyə hazır olduğu bildirilib.

İngiltərə təmsilçisi  mövsümün sonu klubu tərk edəcək Aaron Remzinin əvəzləyici kimi P.Fornelsı almağı planlaşdırır.

Qeyd edək ki, P.Fornals bu mövsüm La Liqada 12  matçda 1 qol vurub, 1 qolun  ötürməsini verib.